Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

İngiltərənin finala çıxmasına Cüneyt Çakır mane olub - İDDİA - VİDEO - FOTO

  7

İngiltərə mediası milli komandalarının Dünya çempionatı yarımfinalında Xorvatiyaya məğlub olduqları matçın nəticəsi barədə hər kəsi şok edən iddia irəli sürüblər.

Demokratikmusavat.com xəbər verir ki, iddiaya görə, Türkiyədən olan hakim Cüneyt Çakır oyunun əlavə olunmuş vaxtında Mandzukiçin qolundan sonra İngiltərənin oyunu başlamasına icazə verməyib. Ada mətbuatına görə, bununla təcrübəli referi matçın nəticəsinə təsir edib.

Belə ki, xorvat futbolçular qol sevincini meydandan kənarda qeyd ediblər. İngilislər isə topu götürərək tez meydanın mərkəzinə gedib oyunu başlamağa çalışıblar. Lakin Cüneyt Çakır buna imkan verməyib.

Qaydalara görə, İngiltərənin rəqib futbolçular meydanda olmasa belə, oyuna başlamaq hüququ olub. Mətbuat iddia edir ki, təcrübəli referi oyunu saxlamasaydı, hesab 2:2 olacaqdı və bəlkə də matçın taleyini 11 metrlik cərimə zərbələri həll edəcəkdi.

Videonu izləmək üçün şəklə klikləyin:

İngiltərənin finala çıxasına Cüneyt Çakır mane olub - İDDİA

Adil Nəcəfov
Demokratikmusavat.com