Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Kante “Barselona”ya keçə bilər

  6

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını İspaniyada davam etdirə bilər. 

Demokratikmusavat.com apasport.az-a istinadən məlumatına görə, "Barselona" fransız futbolçunu heyətinə qatmaq istəyir.

Katalon klubu 40 milyon avro dəyərində qiymətləndirilən Andre Qomeşi Kante keçidinin bir parçası kimi qarşı tərəfə göndərmək niyyətindədi.

Antonio Kontenin gedişi və baş məşqçi təyin olunacağı gözlənilən Mauritsio Sarrinin Jorjinyonu komandaya gətirmək istəməsi səbəbindən Kantenin "Çelsi"ni tərk edəcəyi gözlənilir.

Demokratikmusavat.com