Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Yuventus" yenə "Real"ın əsas oyunçusunu istəyir

  6

"Yuventus" Braziliya yığmasının və "Real Madrid"in müdafiəçisi Marselonu da heyətinə qatmaqda maraqlıdır.

Demokratikmusavat.com xəbər verir ki, "qoca sinyora" artıq Madrid klubunun ulduzu Kriştianu Ronaldunu 100 milyon avroya transfer edib.

Lakin "Yuventus" bu keçid üçün maliyyə baxımında çox əziyyət çəkməli olacaq. Çünki "Real" Marselo üçün 50 milyon avro qiymət qoyub. Futbolçu özü isə Madriddə 11 milyon avro qazanır.

Bu transferin reallaşması Aleks Sandrodan asılıdır. Sol cinah müdaifəcisi ilə PSJ, "Mançester Yunayted" və "Çelsi" maraqlanır.

Qeyd edək ki, əgər Marselonun keçidi baş tutsa, o, Ronaldudan sonra "Yuventus"a transfer olunan ikinci futbolçu olacaq.

Adil Nəcəfov
Demokratikmusavat.com