Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

FİFA iş açdı - Bu dəfə İngiltərəyə qarşı

  8

FİFA İngiltərə Futbol Assosiasiyasına qarşı intizam işi açıb.

Demokratikmusavat.com komanda.az-a istinadən xəbər verir ki, FİFA ingilis azarkeşlərin DÇ-2018-in yarımfinalında Xorvatiya ilə keçirilən oyunda davranışlarını araşdırır. Ali futbol qurumu ingilis azarkeşlərin diskriminasiya xarakterli hərəkətlərə yol verdiklərini iddia edir.

FİFA rəsmisi mətbuata açıqlamasında bu məlumatı təsdiqləyib: "Təsdiq edirik ki, ingilis azarkeşlərin diskriminasiya xarakterli hərəkətlərə yol verməsi ilə bağlı bizə hesabat daxil olub. İngiltərə Futbol Assosiasiyasına qarşı iş açılıb".

İngiltərə yarımfinalda Xoprvatiyaya 1:2 hesabı ilə məğlub olub.

Demokratikmusavat.com