Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Paşinyan: "Azərbaycan prezidenti ilə görüşə dair danışıq aparılmır"

  9

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm.

Demokratikmusavat.com APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib.   

"Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda ilk təmasdır və birinci görüşdən hər hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir", - Paşinyan qeyd edib.     

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N.Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib.  

Demokratikmusavat.com