Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Qardaş qardaşı bel ilə döyərək ona ağır xəsarət yetirib

  7

Abşeron rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

Demokratikmusavat.com report.az-a istinadən bildirir ki, hadisə Mazasır qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Hümbətov Rövşən İmran oğlu qardaşı Ruslan Hümbətovla yaşadığı evdə mübahisə edib.

Mübahisə hər iki tərəfin bir-biri ilə əlbəyaxa davası ilə nəticələnib. Dava zamanı R.Hümbətov qardaşının başına bel ilə zərbə vurub. Nəticədə Ruslan Hümbətov açıq kəllə-beyin travması alıb. 

Yaralı 1 saylı Kliniki Tİbbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Rövşən Hümbətovu saxlayıb.

Fakt araşdırılır.

Demokratikmusavat.com