Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Səudiyyə Ərəbistanında qırıcı qəzaya uğradı

  8

Ərəb koalisiyasının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edən Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə Yəmən sərhədində "texniki nasazlıq" səbəbindən qəzaya uğrayıb.

Demokratikmusavat.com oxu.az-a istinadən bildirir ki, təyyarənin 2 pilotu sağ qalıb.

Koalisiya nümayəndəsi Türki əl-Maliki açıqlamasnda Kral Hava Qüvvələrinə məxsus "Tornado" tipli hərbi təyyarənin təlim uçuşundan qayıdarkən texniki nasazlıq səbəbindən qəzaya uğradığını deyib.

Daha öncə "Əl-Məyadin" telekanalı bəyan etmişdi ki, ərəb koalisiyasının təyyarəsi Səada əyalətində şiə qiyamçıların mövqelərinə həmlədən sonra qəzaya uğrayıb.

Demokratikmusavat.com