Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Xorvatiya millisi fiziki və psixoloji mübarizəyə hazır idi”

  5

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç dünya çempionatının finalına çıxmağın xoş təəssürat yaratığını deyib.

Demokratikmusavat.com goal.az-a istinadən xəbər verir ki, Modriç bütün komandanın əzmkar oyun nümayiş etdiyini vurğulayıb:

"İngiltərə mətbuatı Xorvatiya millisinin gücünü, əzmkarlığnı qiymətləndirə bilmədi. İngiltərəli futbol ekspertləri də boş-boş danışırdılar. Düşünürdülər ki, biz bundan əvvəlki iki oyunun hər birində 120 dəqiqə meydanda qaldığımız üçün yorulmuşuq, gücümüz tükənib. Amma Xorvatiya millisi əksini sübut etdi. Komandamız fiziki və psixoloji cəhətdən mübarizəyə hazır idi.

Finala çıxmaq böyük uğurdur. Uzun illərdən sonra arzularımız həyata keçdi. Bu, Xorvatiyanın futbol tarixində ən böyük nailiyyətdir. Biz komandamızla qürur duyuruq",- deyə Modriç bildirib Xorvatiyalı futbolçu "Qızıl top"mükafatı ilə bağlı da danışıb.

O, hazırda bu mükafat barədə düşünmədiyini, bütün diqqətini final qarşılaşmasına yönəltdiyini deyib.

Modriç Fransa millisinin çox güclü rəqib olduğunu bildirib:

"Fransızlar finalda qarşılaşa biləcəyimz komandalardan ən güclüsüdür. Əminəm ki, mübarizə üçün gücümüz bəs edəcək. Dünya çempionu olmaq üçin sonadək mübarizə aparacağıq".

Demokratikmusavat.com