Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Qurbanovlu “Qəbələ”nin ilk sınağı

  7

Azərbaycanı Avropa Liqasında təmsil edən "Qəbələ" bu gün ilk matçına çıxacaq.

Demokratikmusavat.com apasport.az-a istinadən bildirir ki, "qırmızı-qaralar" I təsnifat mərhələsində Lüksemburq klubu "Proqres"i qəbul edəcək.

Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunur. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı olacaq.

Heyətində bəzi dəyişikliklər edən "Qəbələ" doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə çalışacaq.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. "Qəbələ" (Azərbaycan) - "Proqres" (Lüksemburq)

Hakimlər: Vyaçeslav Banari, Vasile Ermişin, Dumitru Çiobanu, Andrey Kojokaru (hamısı Moldova)

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)

Qəbələ. Şəhər stadionu

Demokratikmusavat.com