Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Türkiyədə AKP üzvlərinə hücum olub, 3 nəfər ölüb, 8-i yaralanıb - YENİLƏNİB - FOTO

  16

23:56

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili İbrahim Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıb.

Demokratikmusavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.

İnsident nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə Xalqların Demokratik Partiyasının (HDP) üzvləri olduğu ehtimal edilən şəxslər arasında əvvəlcə mübahisə yaranıb. Sonra həmin şəxslər odlu silah, bıçaq və dəyənəklərlə hakim partiya üzvlərinə hücum edib.

Hücum nəticəsində İbrahim Halil Yıldızın qardaşı Mehmet Ali Yıldız və daha 2 nəfər dünyasını dəyişib. Aralarında deputatın dörd yaxınının da olduğu 9 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Türkiyənin baş naziri Binəli Yıldırım hücumun PKK tərəfdarları tərəfindən törədildiyini təsdiqləyən faktlar olduğunu bildirib

20:43

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə hücum olub.

Demokratikmusavat.com "Report"a istinadən bildirir ki, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.

Silahlı insident nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Naməlum şəxslər odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı, lakin ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Demokratikmusavat.com