Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ağırçəkili sakini xəstəxanaya FHN çatdırdı

  8

Bakıda xilasedicilər ağırçəkili xəstənin xəstəxanaya çatdırılmasına yardım ediblər.

Demokratikmusavat.com  FHN-in saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 1948-ci il təvəllüdü Əhmədova Seyidxanım Qəndalı qızının halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranıb, lakin ağır çəkili olduğundan bu mümkün olmayıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər S.Əhmədovanı evdən çıxarıb və həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

Demokratikmusavat.com