Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Kimlərin duası qəbul olur və kimlərin duası qəbul olunmur?

  8

Duanın yerinə yetməsinin və əksinə - qəbul olunmamasının bir çox səbəbləri vardır.

Demokratikmusavat.com deyerler.org-a istinadən bildirir ki, ancaq hədislərə nəzər salaraq, bu barədə müəyyən nəticələr çıxartmaq olar.

Əvvəlcə nəzər salaq ki, kimlərin duası qəbul olur:

1. Adil İmamın öz ümməti üçün etdiyi dua.

2. Saleh əməl sahibi olan atanın övladı barəsində etdiyi dua.

3. Saleh əməl sahibi övladın atası barəsində etdiyi dua.

4. Məzlumun duası.

5. Günahsız uşağın duası.

6. Möminin mömin üçün etdiyi dua.

7. Quran qarisinin duası.

8. Saleh insanın, ehsanına təşəkkür etməyən öz qövmü üçün etdiyi dua.

9. O kəs ki, duasında hamıdan əlini üzər, ancaq Allahdan istəyər.

10. O kəs ki, dua edən zaman Allahın rizasına razı olar.

Bəs kimlərin duası qəbul olmaz?

1. O kişi ki, evində əyləşər və deyər: "Allahım, mənim ruzimi çatdır".

2. O kişi ki, xanımına nifrin edər, o halda ki, təlaq verməyə qüdrəti vardır.

3. O kəsin duası ki, şahid olmadan malını bir başqasına borc verər və onun əleyhinə dua edər.

4. O kişi ki, sərvətə malik olar və onu hədər verər. Sonra isə Allahdan ruzi istəyər.

5. Bir dostun başqa dost haqqındakı nifrini.

6. Əmr-be-məruf və nəhy-əz-munkər etməyən birinin İslam ümmətinin vəziyyətinin yaxşılaşması barəsində etdiyi dua.

Demokratikmusavat.com