Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Türk sualtı qayığı Qara dənizdə tankeri məhv etdi - VİDEO

  5

Türkiyə hərbi dəniz qüvvələrinin Qara dənizdə keçirdiyi "müharibə oyunları" çərçivəsində hərbi dəniz donanmasına aid "Yıldıray" sualtı qayığı istismardan çıxarılmış tankeri məhv edib.  

Demokratikmusavat.com oxu.az-a istinadən bildirir ki, qayıqdan hədəfə 533 millimetrlik torpeda buraxılıb. Zərbə tankerin ortasına tuş gəlib və nəticədə gəmi iki yerə parçalanaraq batıb.

"Yıldıray" 209 sualtı qayığı tipinə aiddir  və səkkiz torpeda aparatı ilə təchiz olunub. Bu fəsilədən olan sualtı qayıqlar ilk dəfə Almaniyada 1971-ci ildə istehsal olunub və hazırda 14 ölkənin hərbi donanmasında yer alır.

Demokratikmusavat.com