Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Dünyanın ən çox qazanan futbolçusu məlum oldu

  8

"Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi "Forbes" nəşrinin versiyasına görə dünyanın ən çox qazanan futbolçularının reytinqinə başçılıq edir.

Demokratikmusavat.com oxu.az-a istinadən bildirir ki, nəşrin məlumatına əsasən, 30 yaşlı argentinalıının təkcə 2017-ci il üzrə gəlirləri 111 milyon dollar təşkil edib.

Bu məbləğdən 84 milyon dollara yaxını məhz "Barselona" klubunda çıxış etdiyinə görə qazanıb, yerdə qalan gəlirləri isə reklam müqavilələrindən götürüb.

İlk dəfədir ki, Messi ən çox qazanan futbolçuların siyahısında portuqaliyalı hücumçu Kriştianu Ronaldunu geridə qoyur. Hazırda nəşrin versiyasına görə, ikinci pillədə qərarlaşan "Real"ın forvardı ötən il ərzində 108 milyon dollar gəlir götürüb.

Liderlərin üçlüyünü 90 milyon dollar gəlir göstəricisi ilə "PSJ"nin Braziliyalı forvardı Neymar tamamlayır.

Demokratikmusavat.com