Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

İranda bahalaşma: anbarlardakı mallar satışa çıxarılır

  10

İran prezidenti Həsən Ruhani ölkədə davam edən qiymət artımının qarşısını almaq üçün dövlət anbarlarındakı malların bazara çıxarılması təlimatını verib.

Virtualaz.org-un məlumatına görə, "Milli gazete" yazır ki, İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Nazirlər Şurasının iclası zamanı belə bir qərarən qəbul olunduğunu açıqlayıb. O bildirib ki, son zamanlar ölkədə baş verən qiymət artımının qarşısının alınması xüsusi nəzarətə götürülüb və İran prezidenti anbarlardakı malların əhaliyə çatdırılması üçün səlahiyyətli orqanları təlimatlandırıb.

Qeyd edək ki, ABŞ-ın mayın 8-də İranla imzalanan nüvə razılaşmasından çəkilməsindən sonra İranda bir çox məhsulların qiymətində kəskin artım baş verib. Dövlət bazardakı qeyri-sabitliyi nəzarət altına almaq üçün bütün valyutadəyişmə məntəqələrini bağlayıb və bank sistemindən kənar pul dəyişmələrini qadağan edib.

Demokratikmusavat.com