Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Neftçi”ni rədd edib, daha yaxşı komandaya getdi

  16

"Neftçi"yə keçidi baş tutmayan Marius Şumuditsanın yeni komandasının adına aydınlıq gəlib.

Demokratikmusavat.com apasport.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Asiya qitəsində çalışacaq.

Ötən mövsümün sonlarında "Kayserispor"dan ayrılan Şumuditsa ÇFR və "Neftçi"nin diqqət mərkəzində idi. Rumıniya klubu başqa mütəxəssisə üstünlük vermişdisə, Şumuditsa özü "Neftçi"nin təklifini rədd etmişdi.

Bakılıların maliyyə şərtləri ilə razılaşmayan mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"la anlaşıb. O, yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, "Əl-Şabab" ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 10-cu yeri tutub.

Demokratikmusavat.com