Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Dedim ki, ortabab oxuyanların sayını artırma" - Xalq artisti müğənni oğlu haqda

  7

Xalq artisti Ramiz Novruz oğlu Cavidan Novruzun aktyorluq və müğənnilik etməsinə münasibət bildirib.

Demokratikmusavat.com axşam.az-a istinadən xəbər verir ki, o deyib ki, oğlu ilk əvvəl müğənnilik edəndə etiraz edib. "ATV kulis"ə açıqlama verən R.Novruz övladı haqda bunları əlavə edib:

"Cavidan məndən gizli teatrda səhnəyə çıxırdı. Gecə-gündüz "Fəryad" filminə baxırdı. Sonra gördüm oxumağa başladı. Dedim, Cvidan, belə ortabab oxuyanlar çoxdur. Gəl biz də ailə olaraq onların sayını artırmayaq. İndi görürəm ki, teatra da meyllidir. İnsan sevdiyi və bacardığı işlə məşğul olmalıdır. Sevirsənsə, bacarmırsansa, alınmaz".

Demokratikmusavat.com