Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Mourinyo DÇ-2018-in açılış oyunu ilə bağlı proqnoz verdi

  14

Futbol üzrə 2018-ci il dünya çempionatı zamanı Rusiyanın RT telekanalında şərhçilik edəcək İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi Joze Mourinyo açılış oyunu ilə bağlı proqnoz verib.

Demokratikmusavat.com report-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Bakı vaxtı ilə saat 19:00-da start götürəcək Rusiya - Səudiyyə Ərəbistanı matçında meydan sahiblərinin daha şansı olduğunu söyləyib.

Portuqaliyalı baş məşqçi deyib:

"Rusiya yığması böyük təzyiq hiss edəcək. Mundialda debüt oyunlarını keçirirlər və bütün dünya onlara baxır. Rusiyanın qalib gəlmək üçün əla şansı var. Səudiyyə Ərəbistanı yığmasının heyətində bir neçə istedadlı futbolçu olsa da, başqa reallıqdan olan komandadır. Rusiya qalib gəlməlidir"

Qeyd edək ki, mundialın açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Demokratikmusavat.com