Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Qohumunun üstünə benzin töküb yandırdı - VİDEO - FOTO

  13

Qohumu Gəncə sakinini sağlamlığından edib.

Demokratikmusavat.com ARB TV-yə istinadən xəbər verir ki, 64 yaşlı Fikrət Əmiraslanov əl və ayaq nahiyələrinin yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona lazımi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Əmiraslanovun dediyinə görə, işlədiyi dükanda olan zaman gəlininin dayısı ailə münaqişəsi zəminində onun üzərinə benzin tökərək od vurub. 

Şahin Quliyev - həkim: "İlkin müayinə zamanı xəstənin sağ aşağı və yuxarı ətrafında 2-3-cü dərəcəli termiki yanığ qeydə alınıb. Xəstəyə şöbədə ilkin yardım göstərilmiş, yaraları işlənilmiş, sonrakı müalicə üçün Bakıya getməsi məsləhət olunmuşdur. Hal-hazırda xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə qəblul etmişik".

Faktla bağlı araşdırma aparılır.

Demokratikmusavat.com

Videonu izləmək üçün şəklə klikləyin:

Gəlinin dayısı 64 yaşlı qohumunu benzin töküb yandırdı