Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

İspaniya millisində daha bir təyinat

  18

İspaniya millisinin yeni məşqçi korpusunda daha bir təyinat rəsmiləşib.

Demokratikmusavat.com komanda.az-a istinadən xəbər verir ki, Avropa (2008) və dünya (2010) çempionu Karlos Marçena Yerronun rəhbərlik edəcəyi məşqçi korpusuna daxil edilib.

"Valensiya"nın sabiq ulduzu komanda ilə federasiya arasında əlaqələri tənzimləyəcək. Ondan başqa, Xulian Kalero (assistent) və Xuan Karlos Martines də (məşqçi) Yerroya kömək edəcək.

Marçena 2015-ci ildə futbolçu karyerasını başa vurub. O, millidə 69 oyun keçirib, 2 qol vurub. Karyerasının böyük hissəsini "Valensiya"da oynayıb. Ümumilikdə, 411 dəfə meydana çıxıb və 17 qolun müəllifi olub.

Demokratikmusavat.com