Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Düz ediblər" - Xavi Lopeteqinin qovulması haqda

  14

İspaniya yığmasının və "Barselona"nın sabiq futbolçusu Xavi Xulen Lopeteqinin qovulmasına münasibət bildirib.

Demokratikmusavat.com komanda.az-a istinadən xəbər verir ki, Xavi federasiyanın düzgün qərar verdiyini deyib. O, yığma komandanın yeni baş məşqçisi Yerro haqda da danışıb:

"Lopeteqi barədə verilən qərar çoxlarına tələsik, gözlənilməz və yersiz görünə bilər. Ancaq Rubiales məsələyə çox məntiqli reaksiya verdi. O, federasiyanı düşündü və göstərdi ki, federasiya ayrı-ayrı şəxslərdən üstün olmalıdı.

"Real"ın addımını şərh etmək istəmirəm. Ancaq deməliyəm ki, federasiya və onun prezidenti düzgün addım atıblar. Yerro yığma komanda ilə işləmək üçün yaxşı hazırlaşdırılıb. O, 2010-cu ildə də bizə çox kömək etmişdi".

İspaniya yığmasının baş məşqçisi Xulen Lopeteqi "Real"la müqavilə bağladığı üçün DÇ-nin başlamasına 2 gün qalmış postundan qovulmuşdu. Onun yerinə Fernando Yerro təyin olunub.

Demokratikmusavat.com