Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Berdiməhəmmədov nazirləri işdən çıxardı

  5

Türkmənistanın milli təhlükəsizlik naziri Dövrangəldi Bayramov işdən çıxarılıb. 

Demokratikmusavat.com report-a istinadən xəbər verir ki, məlumatı Türkmənistan prezidentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, D.Bayramov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad edilib. Mayın 30-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ona kadr seçimində və onların təyin olunmasında buraxdığı səhvlərə görə sonuncu ciddi xəbərdarlıq edib. 

Ölkənin müdafiə naziri Yaylım Berdıyev milli təhlükəsizlik naziri təyin olunub. Müdafiə naziri vəzifəsinə isə əvvəllər Türkmənsitan Sərhəd Qoşunlarının komandanı işləmiş Begenç Gündoğdıyev gətirilib. Əvvəllər müdafiə nazirinin müavini olmuş Şadurdu Durdıyev Sərhəd Qoşunlarının komandanı təyin olunub. 

Demokratikmusavat.com