Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

  10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə iki ölkənin birlikdə S-500 zenit-raket kompleksi hazırlamasını təklif edib.

Demokratikmusavat.com "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə lideri "24 TV" telekanalına müsahibəsində deyib.

"Mən Putinə S-500-ləri birlikdə hazırlamağı təklif etdim", - deyə Ərdoğan bildirib. Türkiyə dövlətinin başçısı Rusiya prezidentinin cavabı barədə danışmayıb. Türkiyə rəhbəri həmçinin iki dövlət başçısı arasında bu mövzuda danışıqların nə vaxt olacağını da deməyib.

"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. İkinci və üçüncü mərhələlərdə kollektiv istehsala başlayacağıq. Həmçinin S-500-lərin də birgə istehsalı mümkündür", - deyə Ərdoğan bildirib.

Demokratikmusavat.com