Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Dağıstanda ağır yol qəzası

  12

Dağıstanda yük maşını ilə sərnişin mikroavtobusun toqquşması nəticəsində, 17 nəfər yaralanıb, üç nəfər ağır, bir nəfər kritik vəziyyətdədir.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, yaralılar arasında uşaqlar var.

"Yerli əhəmiyyətli avtomobil yolunda "Qazel" markalı sərnişin mikroavtobusu ilə "Kamaz" markalı yük maşınının toqquşması nəticəsində üç nəfər ağır, bir nəfər kritik vəziyyətdədir. İlkin məlumata görə üçü uşaq olmaqla, 17 nəfər xəsarət alıb", - xəbərdə deyilir.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

Demokratikmusavat.com