Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Sevda ikinci ərindən də ayrıldı?

  6

Müğənni Sevda Sanəliyevanın ikinci həyat yoldaşı Cəmil bəydən ayrılma xəbərləri yayılıb. 

Demokratikmusavat.com axşam.az-a istinadən xəbə verir ki, sənətçi sosial media hesabında həyat yoldaşı ilə olan bütün şəkillərini silib. Bir neçə gündür o, İnstaqram-dakı qəmli paylaşımları ilə diqqət çəkir. Bu da ifaçının ayrılma xəbərinin daha çox yayılmasına səbəb olub.

Sanəliyev bir neçə gün əvvəl paylaşdığı fotolarından birinin şərh hissəsinə isə bu sözləri yazmışdı:

"Heç kimə əzabınızı göstərməyin. Çünki odunuza kimin odun atacağını tapa bilməzsiniz".

Qeyd edək ki, bu, Sevdanın ikinci nikahıdır. Sənətçi birinci həyat yoldaşı ilə cəmi 2 ay evli qalıb. Daha sonra isə Cəmil bəylə ailə qurub. Onun bir oğul, bir qız övladı var.

Məsələ ilə bağlı, S.Sanəliyevaya zəng etsək də, telefona cavab verməyib.

Demokratikmusavat.com