Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanlı deputata qarşı qarşı ittiham irəli sürüldü - 2 ilədək həbs edilə bilər

  10

Marneuli rayonunun rəhbəri Temur Abazov rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Onu 5 ildən 10 ilədək həbs gözləyir.

Demokratikmusavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun Kvemo Kartli bölgəsi üzrə idarəsində keçirilmiş brifinqdə bildirilib.
 
Həmin faktla bağlı deputat Azər Süleymanov, Marneuli sakrebulosunun üzvü Ramin Allahverdiyev və T.Abazovun qohumu E.Q. adlı şəxsin adı istintaq materiallarında keçir. Günahlarının sübut olunacağı təqdirdə, onları 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq Baş Prokurorluq A.Süleymanova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

Demokratikmusavat.com