“GÜLAĞA TƏNHANIN MƏTBUATA TƏZYİQLƏRİNƏ SON QOYULMALIDIR!”- PREZİDENTƏ MÜRACİƏT

 

Tanınmış jurnalist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili “Gülağa Qəmbərov” Fondunun sədri, iş adamıvə şair, xeyriyyəçi kimi tanınan Gülağa Tənhanın bəzi qanunsuz əməllərindən Prezident İlham Əliyevə müraciət etdi...
İş adamı, şair və xeyriyyəçi kimi tanınan Gülağa Qəmbərovun adı son vaxtlar həm də Azərbaycanda mətbuat vasitələrini məhkəməyə verməsi ilə gündəmə gəlməkdədir. Belə ki, o, bu yaxınlarda 10-a yaxın saytı məhkəməyə vermişdir. Bu sırada “Təzadlar” qəzetinin rəsmi saytını, moderator.az, gunununsesi.az, Bakipost.az, Azpolitika.info, Qafqazinfo.az, veteninfo.az, Cebhe.info, Mediaxeberleri.az saytlarını və Milletinsesi.info MMC-ni göstərmək olar. Milyonçu şair adıçəkilən saytların rəhbərlərindən yarım milyon manatdan çox təzminat tələb edir. O, bununla kifayətlənməyib adıkeçən yazıların saytdan silinməsi, təkzib verilməsi və üzr istənilməsini cavabdehlərin üzərinə qoyub. Ən maraqlısı, Gülağa Tənhanın iddia ərizəsi avqustun 7-də Yasamal rayon Məhkəməsi tərəfindən geri qaytarılıb və icraata götürülməyib. Milyonçu şair qərardan şikayət verib və növbəti dəfə onun ərizəsi naməlum səbəbdən icraata qəbul edilib. Gülağa Qəmbərovun saytlara qarşı iddiasına səbəb isə onun şikayəti ilə həbs edilən “Real” MTK-nın sahibi və təsisçisi İlham Qasımovun ailəsinin müraciətləri və onun məhkəməsindən hazırlanmış reportajlardır. Xeyriyyəçi-milyonçu və şair bu yazıları özünə təhqir hesab edib. Absurd iddia! Belə çıxır ki, artıq heç bir jurnalist məhkəmələrdən reportaj verməməlidir. 
Bəs əsasən xarici ölkələrdə yaşayan milyonçunun Azərbaycanda tanınmış media orqanlarını məhkəməyə verərək onlara qanunsuz və əsassız formada təzyiq etməsində məqsədi nədir? Nəzərə alsaq ki, bu yaxınlarda “Turan” İA-nın rəhbəri Mehman Əliyevin məhkəmə qərarı ilə saxlanılmasına Azərbaycan Prezidenti İlham Əliyev dərhal reaksiya verdi, dünyanın əksər dövlətlərinin rəhbərliyi, Beynəlxalq media və insan azadlıqlarının müdafiəsi institutları məsələyə ciddi reaksiya verdilər. Diqqət edin, bu ölkələrin və Beynəlxalq qurumların bir çoxu daim belə media məsələlərindən Azərbaycana təzyiq və təsir vasitəsi kimi istifadə edirlər, deməli, bir ayağı Rusiyada və digər həmin Avropa ölkələrində olan Gülağa Tənhanın bu hərəkəti Azərbaycanın və Prezident İlham Əliyevin ölkədə söz və mətbuat azadlığı siyasətinə tamamilə ziddir, təxribat məqsədlidir. 
2009-cu ildə peşə fəaliyyəti ilə bağlı həbs edilən, yenə də cənab Prezident İlham Əliyevin sərt reaksiyasından 2 gün sonra məhkəmə qərarı ilə həbsdən azad edilən “Təzadlar”ın baş redaktoru Asif Mərzili bu dəfə Gülağa Tənhanın bəlli hərəkətlərindən, eləcə də Azərbaycandakı şübhəli fəaliyyətindən Prezident İlham Əliyevə müraciət ünvanlayıb. 
Baş redaktor bu barədə “Pravdainfo.org”a özü məlumat verib. Müraciətdə deyilir:
-Çox hörmətli cənab Prezident!
Təxminən 2000-ci illərin əvvəllərində Azərbaycana gələn və özünü xeyriyyəçi və şair kimi təqdim edən, ölkəmizə yalnız xeyriyyəçilik məqsədilə gəldiyini deyən Gülağa Məmi oğlu Qəmbərov (Tənha) az keçmiş tamamilə fərqli iddialarda olduğunu göstərdi. Qocaman şair və yazıçılara, mədəniyyət işçilərinə maddi yardımlar edərək onların zəif sosial durumundan sui-istifadə etməklə özünə xeyriyyəçi, əsil qəlb və ürək adamı imicini qazandırmağa çalışırdı. Nəzərə almadan ki, Azərbaycan rəhbərliyinin ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində imzaladığı mühüm sərəncamları vardır. Onun bu starateji sənədləri bir kənara atıb bu cür insanlardan özünə gələcəkdə müdafiə və mühafizə şəpəri qurmaq cəhdi yolverilməz idi, ölkə Prezidentinin min bir əziyyətini heçə endirmək, gözdən salmaq niyyətli idi. 
“GÜLAĞA TƏNHANIN MƏTBUATA TƏZYİQLƏRİNƏ SON QOYULMALIDIR!”- PREZİDENTƏ MÜRACİƏT

Cənab Prezident! 
Gülağa Tənhanın belə qanunsuz hərəkətləri o dərəcəyə çatdı ki, hətta o, hansısa bir kənd məktəbində, təhsil ocağında, yetimxanada təmir-bərpa işi gördürürdüsə, bunu “Gülağa Qəmbərov Fondunun maliyyə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur!” kimi yersiz reklamlamalardan bəhrələnməyə çalışırdı. Onun bu cür hərəkətlərinə hələ o dövrdə millət vəkili, hazırda Daşkəsən RİH başçısı Əhəd Abiyev haqq səsini qaldırmışdı. Lakin görünən o idi ki, Gülağa Tənha Azərbaycan dövləti, xeyriyyəçilikdə böyük nüfuzu olan H.Əliyev Fondu dura-dura ölkədə belə özünüreklama xidmət edən xeyriyyəçilikdə daha irəli gedirdi. Və sonradan bu “xeyriyyəçiliyin” məqsəd və məramının nədən ibarət olduğu üzə çıxdı. Yetənə xeyriyyəçilik edən, kim gəldi başına pul səpən bu xeyriyyəçinin başqa niyyətləri üzə çıxdı və bu istiqamətdə hüquq mühafizə orqanlarının araşdırma aparması vacibdir.
Bəli, Gülağa Tənha Azərbaycanda xüsusi statuslu şəxs kimi təbliğ olunurdu. Azərbaycan ictimaiyyəti belə olan halda niyə onun gələcəkdə prezident seçkilərində namizədliyini dəstəkləməməli idi? Bəlli zərərli xeyriyyəçiliyin sonu belə də mənfilənməli idi və Gülağa Tənhanın Azərbaycan xalqının iradəsinə süni xeyriyyəçiliklə təsir etmək məqsədi gizli qala da bilməzdi. 
Bir vaxtlar “Azərbaycana yalnız xeyriyyəçiliklə bağlı gəlmişəm!” deyən Gülağa Tənhanın əsil niyyəti sonradan bəlli oldu. Gah adı tikinti qalmaqallarında hallanan, gah da ölkənin nüfuzlu KİV-lərini məhkəməyə verməkdə irəli çıxan Gülağa Tənha günlərin birində Azərbaycan Əmanət Bankın sabiq sədri, babası Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı olmuş, Naxçıvanda nüfuzlu nəslin nümayəndəsi Hüseyn Səfərliyə hücum edərək ona xəsarət yetirməkdən belə çəkinmədi. 
İndi isə yetəni məhkəmələrdə cərimələtməklə, həbs etdirməklə hədələyən və hələki müəmmalı səbəblərdən buna nail olan Gülağa Tənhaya yerini və kim olduğunu göstərmək zamanı gəlib.
Cənab Prezident! 
İnanıram ki, bu müraciətimdə çoxsaylı media rəhbərlərinin iradəsini ifadə etməklə, qeyd etdiyim xüsusatlar ciddi araşdırılacaq və xeyriyyəçilik pərdəsi altında müəmmalı əməllərə imza atan Gülağa Tənhanın kim olduğu, neçə xarici pasporta və hansı yolla malik olduğu, keçmiş MTN rəhbəri Eldar Mahmudovla necə münasibətdə olması, niyə ona ilyarımdır Rusiyaya girişi qadağan olunduğu və s. məsələlərə aydınlıq gətiriləcək...”.
Müraciət xeyli genişdir və tezliklə tam həcmdə dərc olunacaq. Bizi izləyin!
“Pravdainfo.org”

0.51950907707214