Qudalar azad mətbuatı susdura bilmirlər?

 
Nazir oğlu nazir olmaq istəyir?
 
“Gədəbəy qruplaşması” xam xəyallarla yaşayır

  Bir neçə vaxtdır ki, ölkə mətbuatı Maliyyə Nazirliyində bir qrup tərəfindən görülən maliyyə maxinasiyalarından yazılar dərc edir.

Bu yazıların əsas qəhrəmanları Azər və Ceyhun Bayramov qardaşları və əlbəttə ki, özünü hamıdan ağıllı sayan Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevdir.

Xatırladaq ki, bəzi media quruluşlarında Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifovun 1-ci müavini Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər-rayon maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirməsi, 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi N.Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar yayılıb.

Bu məlumatlara görə, 1-ci müavin Azər Bayramovun «çətir»i altında xüsusi statusa sahiblənmiş N.Qarayev korrupsiya şəbəkəsinə nazirlik və komitələrin maliyyə şöbələrinin rəislərini də cəlb eləyib:

«Məlumat üçün qeyd edək ki, N.Qarayev təkcə idarə rəisi və korrupsiya şəbəkəsində önəmli rol oynayan şəxs kimi deyil, həm də A.Bayramovun yerlisi, yaxın qohumu olaraq nazirlik, komitə, icra hakimiyyətlərinin «qorxulu röyası»dır.

Onun bir kəlməsi istənilən nazirliyin maliyyə şöbəsinin müdirini əmrə müntəzir hala gətirir.

Maliyyə Nazirliyində şərti adı «Gədəbəy qruplaşması» adlanan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlar da səslərini çıxarmağa başlayıblar.(cumhuriyyet.az).

Maraqlıdır ki, Nadir Qarayevlə bağlı mətbuatda yazı gedərkən o hər dəfə yaxın ətrafına deyir ki, “bu yazılardan mən niyə narahat olmalıyam, qoy nazir Samir Şərifov narahat olsun və yaxud da nazir müavini vəzifələrində çalışan Bayramov qardaşları”.

Nadir Qarayev “Axı niyə mən narahat olmalıyam” sözünü təkrarlayaraq elə bil kiməsə nəyisə eşitdirmək istəyir.

Nadir Qarayev yaxın ətrafına bildirib ki, qoy Azər Bayramovun qudası Ceyhun Şadlinski fikirləşsin ki, mətbuatda bizdən kimlər yazı yazdırır.

Yəni, onun çalışdığı idarədə olan işlərin hamısından nazir Samir Şərifovun xəbəri var.

Yuxarıda qeyd etdiyimiz məlumat 365info.az saytına daxil olandan sonra, bizə də elə gəldi ki, çox güman ki, Nadir Qarayev bu cür mesajla hətta nazir Samir Şərifovun özünü şantaj edir.

Nadir Qarayevin yaxın ətrafından daxil olan məlumata görə hətta o,iş adamlarının şirkətlərini tenderlərdə qalib etdiyinə görə iş adamları onun evində uşaqları üçün yarım miliyonluq əyləncə mərkəzi yığdırıblar. Əvəzində isə iş adamlarının evladlarının xeyir işlərinə Nadir Qarayev 300 manat pul yazdırır. Yəni ,bununla Nadir Qarayev nəinki nazir Samir Şərifovu, Azər və Ceyhun Bayramovları və yaxud da Azər Bayramovun qudası Ceyhun Şadlinskini, hətta tender verdiyi iş adamlarını bu cür hərəkəti ilə şantaj etməklə bildirmək istəyir ki, “hamınız mənim hesabıma milyonlara sahib olmusunuz, buna görə də mətbuatla nə probleminiz varsa, gedin özünüz araşdırın ki, kim bizi jurnalistlərə sifariş verib”.

Onu da qeyd edək ki, Nadir Qarayev həm də vaxtı ilə nazir oğlu olub.

Belə ki,onun atası Bədir Cəmil oğlu Qarayev 1987-1992-ci illərdə Azərbaycanın maliyyə naziri olub. “Mənim atam nazir olanda mətbuatda gedən yazılara özü cavabdehlik daşıyırdı. Qoy indi də bizim nazirliklə bağlı gedən yazılara Samir Şərifov cavadehlik daşısın. Mən niyə cavabdehlik daşımalıyam?!”,-mənbənin dediyinə görə Nadir Qarayev mətbuatda gedən yazılarla bağlı bildirib.

Bəlkə də Nadir Qarayevin bu cür addımları ondan qaynaqlanır ki,onun ürəyindən atası kimi nazir olmaq sevdası keçir. Nadir Qarayev bəzi vurulan nazirlər kimi, guya işini ehtiyatlı tutaraq ölkədə heç bir obyekt saxlamayıb ki, sabahısı gün həmin obyektlər jurnalistlərin diqqətində və hüquq mühafizə orqanlarının nəzarətində ola bilər.

O, maliyyə nazirliyindən qazandığı milyonları Avropa ölkələrinə sərmayə edib yatırdaraq fikirləşir ki, MTN-nin bazasında yaradılan Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları Ceyhun Şadlinskiyə görə onun Avropadakı milyonlarının hesabatını aparmayacaq.

Ancaq bizim fikrimizcə Nadir Qarayev yanılır. Düzdür, əldə etdiyimiz məlumata görə bəzi növ əyləncələrə Nadir Qarayev yaxşı pul xərcləyir.

Belə ki, bildirlir ki, vaxtı ilə o, Binəqədi rayonunun maliyyə şöbəsinin rəisi vəzifəsində işləyərkən əyləncə (“dartan”) həvəskarı olub.

Ancaq bu başqa yazının mövzusu olduğu üçün bu barədə gələn yazımızda geniş açıqlama verəcəyik.

Araşdırmamız davam edir, bizi izləyin.

 

Mənbə.365İNFO.AZ

0.2063319683075