“Maşının “kuzasına” minib keçirik” - Dəhşətli sel daha bir kəndin rayonla əlaqəsini kəsdi - VİDEO - FOTO

 

Qəbələnin Tikanlı və Bum kəndləri ərazisindən keçən "Bum" çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.

Demokratikmusavat.com ARB TV-yə istinadən xəbər verir ki, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Rafiq Salehov - Sakin: "20 günə yaxındır ki, bizim kəndimizin yolu bu formadadır. Gedib-gələ bilmirik. Nəsə narahatçılıq olanda, xəstəmiz olanda rayon mərkəzinə getmək bizə çox əziyyət verir".

Seyidəli Yusifov - Sakin: "16 metr uzunluğunda dəmirlərdir iki dənə. Ondan körpü olmur. Məcburuq ki, maşının "kuzasına" minək keçək".

Hadisə yerinə Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib.

20 mindən çox əhali yaşadığı bu kəndlərin sakinləri müvəqqəti olaraq çayı keçmək üçün yük avtomobilindən istifadə edirlər.

Demokratikmusavat.com

Videonu izləmək üçün şəklə klikləyin:

"Maşının "kuzasına" minib keçirik" - Dəhşətli sel daha bir kəndin rayonla əlaqəsini kəsdi

0.1433310508728