Buryatiyanın (Rusiya, Sibir) beş rayonundakı 77 məktəbin 80 mindən çox şagirdi bu gün, noyabrın 29-da distant təhsilə keçirilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Buryatiya hökumətinin mətbuat xidmətinin məlumat yayıb.
Məlumatda bildirilir ki, bu qərar anomal istiləşmə nəticəsində qarın sürətlə əriməsi və yolların buz bağlamasına səbəb olan anomal isti hava şəraiti ilə əlaqədar qəbul edilib.
“Muxorşibirski, Tarbaqatayski, İvolginski, Pribaikalski rayonlarında, eləcə də Ulan-Ude şəhərindəki məktəblərdə əyani dərslər qismən dayandırılıb”, - məlumatda deyilir.
Ulan-Ude administrasiyası işəgötürənlərə işçiləri distant işə keçirməyi, vətəndaşları isə şəxsi nəqliyyatdan istifadə etməməyi və mümkünsə küçəyə çıxmamağı tövsiyə edib.
Buryat Hidrometeorologiya Mərkəzinin məlumatına görə, noyabrın 29-da respublikada havanın temperaturu +3 dərəcəyədək isti olacaq.
Mürtəza
Demokratikmusavat.com