Noyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində 22 yaşlı azərbaycanlı blogger "Bentley" markalı avtomobillə qəza törədib.
Demokratikmusavat.com lent.az-a istinadən bildirir ki, "Bentley" markalı avtomobilin sürücüsü Bebelya küçəsi ilə hərəkət edib. O, Yol Hərəkəti Qaydalarının 9.2-ci bəndini pozaraq qarşıdan gələn nəqliyyat üçün nəzərdə tutulan zolağa çıxıb və orada küçədən sola dönən "Hyundai" markalı avtomobillə toqquşub.
O da bildirilir ki, toqquşmadan sonra "Bentley" yolun hərəkət hissəsindən çıxaraq lampaya çırpılıb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzanın günahkarının 3 il ərzində 194 dəfə cərimə olunduğu deyilir.
Məlumata görə, "Bentley" markalı avtomobili azərbaycanlı blogger Emil İ. idarə edib. O da qeyd olunur ki, avtomobil əvvəllər azərbaycanlı kriminal avtoritet Marsel Həsənova məxsus olub.