İsrail Beyrutda "Hizbullah"ın qalasını vurdu - O dəhşətli anların anbaan videosu

 

İsrail "Hizbullah"ın qalası kimi tanınan Dahiyədəki Qubeyri və Burj əl-Baracine bölgələrini hədəf alıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.  

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Burj əl-Bərəcnə, Hadath, Haret Hreik və Tayuneh ərazilərini vurub. Tayunehdə vurulan bina dağıdılıb. 

İsrail Ordusunun sözçüsü Aviçay Adraenin sözlərinə görə, şiddətli hücumlardan sonra ərazini toz və tüstü buludları bürüyüb. Qubeyri bölgəsinə isə ilk mərhələdə  PUA və qırıcı təyyarə ilə  3 hava hücumu həyata keçirilib.   Nəticədə Qubeyri bələdiyyəsi yaxınlığındakı bina dağlıb. 
Verilən xəbərə görə, hücumdan öncə "Hizbullah"  üzvləri və Qubeyri sakinləri  təhlükəsiz əraziyə  köçmələri barədə xəbərdarlıq edilib. 

Mürtəza
Demokratikmusavat.com

0.19723987579346