Rusiyada Leninin heykəlinə hücum edildi

 

Sankt-Peterburqda naməlum şəxslər "Oktyabr İnqilabı"ın ildönümündə Vladimir Leninin abidəsinə hücum edib.

Demokratikmusavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə yerli "Teleqram" kanallarında məlumat yayılıb.

Məlumata görə, hadisə Krasnoe Seloda baş verib. Noyabrın 7-də yerli parkda yerləşən Leninin abidəsinin altına ağ boya ilə “Yəhudi və cəllad” yazıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisə yerində olduğu bildirilib.

0.20167183876038