Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində qalib gəldiyini bəyan edib. Bununla da Tramp müəyyən fasilədən sonra Ağ Evə qayıdan ikinci ABŞ prezidenti kimi tarix yazmalı olub.
Demokratikmusavat.com xəbər verir ki, ikinci dəfə prezident olacağı gözlənilən Tramp ABŞ-nin iki dövrəlik prezidentlik edən ikinci prezidenti olacaq.
1885-1889-cu illər arasında bir müddət prezidentlik etdikdən sonra 1888-ci il seçkilərində uduzan, daha sonra 1892-ci ildə Respublikaçı prezident Benjamin Harrisonu məğlub edərək dörd illik fasilədən sonra seçkilərdə qalib gələrək Ağ Evə qayıdan Qrover Klivlend olub.
Tramp ilk prezidentlik müddətinə 2017-ci ilin yanvarında demokrat rəqibi Hillari Klintonu məğlub etməklə başlayıb.
Demokratik rəqibi Co Bayden 2020-ci ilin noyabrında keçirilən seçkilərdə qalib gəldikdən sonra 20 yanvar 2021-ci ildə vəzifəsini tərk edən Tramp Respublikaçılar Partiyasının praymerizlərində qalib gələrək yenidən namizəd oldu.
Mürtəza
Demokratikmusavat.com