Rusiya Cənubi Koreyanı ağlı başına gəlməyə və Ukraynaya silah göndərməməyə çağırıb

 

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Anna Evstigneeva Seula çağırış edərək deyib ki, “Ağıllı olun və Kiyevə silah göndərmək kimi son dərəcə təhlükəli yola getməyin”.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə РИА Новости yazıb.

“Görünür, onlar Kiyevə Qərb silahlarının tədarükünü artırmaq üçün Vaşinqtonun təhlükəli avantüralarına qarışmağa başlayıblar ki, bu da öz hərbi itkilərini nəzərə alaraq onlara böyük ehtiyac duyur.

Biz Cənubi Koreyalı həmkarlarımızı özlərinə gəlməyə və Seulu yaxşı heç nəyə aparmayacaq son dərəcə təhlükəli yola getməməyə çağırırıq.

Üstəlik, Cənubi Koreyanın araşdırmalarına görə, ölkə əhalisinin əmin əksəriyyəti Ukraynaya silah göndərilməsini dəstəkləmir”, - deyə Evstigneeva Təhlükəsizlik Şurasının iclasında bildirib.

Şahnaz 

0.18731212615967