Hindistanın şimalında Marchula şəhəri yaxınlığında avtobusun dərəyə düşməsi nəticəsində azı 23 nəfər ölüb, 10 nəfər yaralanıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Məlumata görə, 45 nəfərlik avtobusun sürücüsü dağ yolunun çətin hissəsində idarəetməni itirib və avtomobil təxminən 200 m hündürlükdən uçuruma düşüb.
Zərərçəkənlərin yaxınlıqdakı xəstəxanalara aparıldığı qeyd edilir. Ən azı beş nəfər hələ də itkin sayılır.
Hadisə yerində xilasetmə işləri davam edir.