3 yaşlı uşağın mədəsindən 101 maqnit kürə çıxartdılar

 

Vladivostokdakı (Rusiya) 1 saylı Regional Uşaq Xəstəxanasının əməkdaşları üç yaşlı uşağın mədəsindən bir-birinə yapışan 101 maqnit kürə çıxarıblar.

Demokratikmusavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a regional Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Yardım 1 saylı Regional Uşaq Xəstəxanası tərəfindən göstərilib. Uşaq tam qaydasındadır. Cərrahi müdaxilə olmasaydı, kürələr mədə boyunca sərbəst hərəkət edə və yolları tıxaya bilərdi", - məlumatda bildirilib.

Qeyd olunub ki, maqnitləri bir neçə mərhələdə çıxarmaq lazım gəlib.

 

0.46630001068115