Yunanıstanın Halkidiki yarımadasının sahilində 5,3 maqnitudalı zəlzələ olub.
Demokratikmusavat.com “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Yeraltı təkanların episentri əhalisi 354 min olan Saloniki şəhərindən 64 km cənub-şərqdə olub.
Tələfat və dağıntı barədə hələlik məlumat yayılmayıb. Regionda sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, noyabrın 3-də İranda baş vermiş güclü zəlzələdə doqquz nəfər yaralanmışdı.
Daha əvvəl ABŞ-nin, Ficinin, həmçinin Rusiyanın sahillərində zəlzələlər qeydə alınmışdı.