Amerikanın Missuri ştatında lotereya iştirakçısı naharını evdə unutduğu üçün aldığı biletlə 3 milyon dollarlıq cekpot qazanıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə UPI xəbər verir ki,
Qəlib şəxs "Missuri Lotereyası"nın rəsmilərinə deyib ki, həyata yoldaşı ona zəng edərək naharını evdə qoyduğunu, ona görə də yemək üçün ərzaq mağazasına getməli olacağını söyləyib.
Onun sözlərinə görə, mağazada olduğu zaman 30 dollar dəyərində olan "Millionaire Bucks Skretch" bileti diqqətini çəkib. Bileti alıb, kodunu skan edib və məlum olub ki, o, 3 milyon dollarlıq əsas mükafatın qalibi olub.
Qalibin sözlərinə görə, ilk işi həyat yoldaşına zəng etmək olub.
"Mən zarafat etməyi xoşlayıram. Ona görə də arvadımı mənə inandırmaq üçün vaxt lazım idi", - o qeyd edib.(Publika.az)