Bu dönər görənləri təəccübləndirir - Qeyri-adi heyvanın ətidir - FOTO

 

Ankarada dəniz məhsulları restoranının sahibi olan iki qardaş menyularına ahtapot dönəri daxil ediblər.

Demokratikmusavat.com Milli.Az-a istinadən xəbər verir ki, onlar əvvəlcə ahtapotları qaynar suda saxlayıb, sonra isə xüsusi kərəyağlı sous ilə hazırlayırlar.

Qardaşlar bu təcrübənin uğurlu nəticə verdiyini bildiriblər:

"Həmişə araşdırma aparırıq, 'Başqa nə edə bilərik?' deyə düşünürük. Əvvəlcə özümüz dadırıq, sonra müştərilərimizə təqdim edirik. Çox müsbət reaksiyalar alırıq. Bu dəfə də ağlımıza 'ahtapottan döner' ideyası gəldi" .

0.17684197425842