Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar karyerasını MLS-də davam etdirə bilər.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Yahoo Sports" məlumat yayıb.
Mənbəyə görə, brazilyalı ulduz "İnter Mayami"nin diqqət mərkəzindədir. "Sambaçı" bu klubda karyerasını bitirmək istəyir.
Neymarın "Əl-Hilal" ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədərdir.