Rusiyanın Kazan şəhərində keçirilən BRİCS zirvə toplantısı yekunlaşdı. Açıq və dürüst bunu demək olar ki, nəticə üzrə sammit, öncədən reklam edilən gözləntiləri vermədi, yalnız kəmiyyət, iştirakçı sayı xaric. Xüsusən, Rusiya, Putinin BRİKS ətrafı planları alınmadı.
▪️BMT-nin baş katibi A. Quterreşin iştirak və bəyanatı BRİKS-i BMT qaydalarına əməl etmə, onu yalnız iqtisadi, birlik kimi görmə, üzvlərini isə, sülhə çağırma və müharibəni dayandırma yöndə etməsi, BRİKS-i siyasi qütb, hərbi güc mərkəzi kimi görmə niyyətlilərə bir "şapalaq" oldu. Görünür ki, əsas BMT təminatçısı Qərb, Quterreşin iştirakına məqsədli mane olmamış.
▪️Sammitdə yeni beynəlxalq ödəniş sistemi yaranışı mümkün olmadı. Və BRİCS-in vahid valyutasının yaradılıb onun dollara alternativ olması kimi Rusiyanın təklifi keçmədi. Qurum üzvləri-dövlətlər ticarətlərinin 80- 90 faizini dollar və digər Avropa valyutaları ilə edirlər.
▪️Qərbin Rusiyaya qoyduğu sanksiyalara əks addım və planlar barədə də qərar qəbul edilə bilmədi. BRİKS-in üzvləri hələ, Rusiyaya qarşı sanksiyalara davamlı əməl edir. BRİKS-i Qərbə qarşı iqtisadi alternativ kimi Putinin təşviqi isə, sammitdə gülünc doğurdu, yer-göy fərqli. Üzv böyük dövlətlər Qərblə yaxın iqtisadi əlaqəlidir.
▪️Siyasi baxımdan, Rusiyanın, Putinin BRİKS ölkələrini toparlayıb Qərbə və NATO-ya qarşı siyasi-hərbi güc yaratmaq planını da Sammit heçə döndərdi. Qərblə ciddi həyati əlaqələri olan güclü üzvlər: Braziliya, Hindistan, CAR, Səudiyə Ərəbistanı Rusiya-Çinin bu təşviqini və əslində strateji vacib istəyini qəbul etmədi.
▪️Sammit BRİKS-in təşkilati baxımdan da yekdil və fundamental olmadığını göstərdi. Putinin, BRİKS-ə üzv olacağı ilə çox ümidli edib, quruma təşviq etdiyi və buna arxayın olub, üzvlüyə rəsmi müraciət edən Türkiyəni, Putinin xeyli səylərinə baxmayaraq quruma qəbul etdirmək üçün üzvlərdən yekdil razılıq alına bilmədi. Və T. Ərdoğan da sammiti pərt və sərt acıqlı şəkildə narazı şəkildə tərk etdi.
▪️13 yeni dövlətə: Türkiyə, Əlcəzair, Kuba, Boliviya, Qazaxıstan, Özbəkistan, Belarus, İndoneziya, Malayziya, Nigeriya, Tayland, Vyetnam, Uqandaya yalnız tərəfdaş statusu verildi. Üzvlüyə qəbul üçün müraciət edən Azərbaycana heç, o da verilmədi. Və Türkiyə bəlkə, gərək bu statusdan da imtina edəydi. Qazaxstansa, əvvəlcədən üzvlükdən imtina etmişdi. Yalnız tərəfdaş statusunda razı oldu. Deyilir ki, Azərbaycan üzvlüyə qəbul edilmə baş tutmayınca, tərıfdaşlıqdan imtina edib.
▪️Sammit göstərdi ki, Putinin ambisiyalarına baxmayaraq, BRİKS biri-birisinə öz quruluşu, sistemi, ideya və siyasi yönümü ilə əsla yaxın dövlətlərin ittifaq birliyi, bloku deyil və ola da bilməz. Bu cür qurumu nəinki NATO, G-7, heç keçmiş Varşava Paktı, ya MDB, KTMT ilə belə müqayisə etmək olmaz, strateji birlik mislində.
▪️Sammit onu da göstərdi ki, Azərbaycan da öz əvvəlki, neytral, qarışmamaq mövqeyində qalsa, başıalovlu oyunların içindəki Rusiyaya ümidli, arxayın olub meyllınməsə yaxşı olardı. Nəticələrə görə Cənubi və Şimali Koreya, AFR və ADR, Yaponiya və Kubanın fərqi gözə alınıb, Qərb, Avropa ilə münasibət yaxşılaşsa yaxşıdır.
Ümumiyyətlə, V. Putinin 2006-cı ildə sadəcə iqtisadi birlik üçün 5 ölkə iştirakı ilə qurulmuş BRİKS-dən istifadə edərək, onu genişləndirib dünya gücünə çevirib də, özünü də onun baş komandanı etmə cəhdini bu sammit boş xəyal kimi açıb ortaya qoydu. Əvvəla, ortaya bir ciddi iqtisadi, siyasi qərar qoya bilməyən, xeyli fərqli, rəngarəng maraq və baxışlı və hətta aralarında savaş dərəcədə mübahisəli üzv ölkələrlə yekdil ittifaq, blok yaranışı mümkün görünə bilməzdi.
İkincisi, Putin bunu anlamalıdır ki, iqtisadi və sosial durumu pis gündə olmaqla bu, BRİKS üzvlərinin çoxundan geri qalan Rusiya elə bu BRİKS-in içində zəif potensialla basılıb, zəif gündə tədrici əriyəcək. Nüvə silahı, qoçuluq, hay-küy ilə müasur dövrdə öz ətrafında güc mərkəzi qurulamaz! Bu axı, hansısa, "banda", deyil, öz milyonlar, hətta milyardla vətəndaşı qarşısında məsul, böyük dövlətlərin birliyidir!
P. S. Bunlar, öz şəxsi vətəndaş və hüquqşünas araşdırmaçı nəzərindən gəldiyim obyektiv və praktiki fikirlərimdir. Yazıda, bəzi xarici və ölkə mənbələrindən, rəqəmlərdən istifadə olunmuş.
Müəllif: İlqar Altay