Adamyeyənlikdə (kanibalizm) ittiham olunan Hollivud aktyoru Armi Hammer 3 ildən sonra ilk dəfə kino aktyorluğuna qayıdacaq.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Deadline” nəşrinə istinadən məlumat yayılıb. Aktyor “Frontier Crucible” filmində çəkiləcək.
Filmdəki hadisələr 1870-ci illərdə Arizonada cərəyan edir. Film Vəhşi Qərbdə sağ qalmaq üçün qanundan kənar adamla ittifaq qurmağa məcbur olan keçmiş əsgərin hekayəsindən bəhs edəcək. Layihənin çəkilişlərinə başlanılması gələn ay nəzərdə tutulub.
2021-ci ilin yanvar ayında sosial şəbəkələrdə Hammerin məşuqələri ilə yazışmalarının skrinşotları peyda olmuşdu. Bu yazışmalarda sənətçi özünü adamyeyən adlandırdı və partnyorunu yemək, qanını içmək və döyünən ürəyini əlində tutmaq istədiyini bildirmişdi.