“ByteDance” şirkətinə məxsus olan video paylaşma platforması “TikTok”un qurucusu (Çində “Douyin”) Zhanq Yiminq (Canq) Çinin ən varlı adamları siyahısında birinci yerə yüksəlib.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Hurun Araşdırma İnstitutu məlumat yayıb.
Məlumata görə, Canqın şirkətinin qlobal gəlirləri ötən il 30% artıb və 49.3 milyard dollarlıq sərvəti ilə lider olub. Bundan əvvəl Çinin ən varlı adamı olan Conq Şanşan isə ikinci yerə düşüb.
C.Yiminqin platforması ABŞ-nin qadağa və sanksiyalarına rəğmən rəqabətdə qalib gəlməyi bacarıb.
2021-ci ildə şirkətin idarəçiliyini təhvil verməsinə baxmayaraq hələ də əhəmiyyətli bir paya sahib olan Canqın şəxsi sərvəti də son bir ildə 43% artıb.
Qeyd edək ki, əvvəlki illərdə ABŞ Konqresi “ByteDance”ın Çin hökuməti il əlaqələri olduğunu əsas gətirərək “TikTok” idarəçiliyinin başqa şəxslərə təhvil verilməsi və qadağan edilməsi barədə qərarlar qəbul edib.
Çox sayda ölkədə casusluq ittihamlarına görə dövlət işçilərinə “TikTok”dan istifadə qadağan olunub.
Billurə