ABŞ İsraildən bu hücuma görə izahat tələb edib

 

Qəzza zolağında Beyt-Lahiya yaşayış məntəqəsinə endirilən zərbəyə görə, ABŞ İsraildən izahat tələb edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

“Nələrin baş verdiyini aydınlaşdırmaq üçün İsrail hakimiyyəti ilə əlaqə yaratdıq. Biz hələ ki, şəraiti bilmirik. Bu, faciəvi nəticələri olan hadisədir. Ölənlərin sayını dəqiq deyə bilməsəm də, hücumda ən azı 20-dən çox insanın həlak olması barədə məlumatlar var”, - deyə o bildirib.

 

0.17926383018494