Türkiyə Prezidenti: Azərbaycan-Ermənistan normallaşma prosesini diqqətlə izləyirik

 

Oktyabrın 18-də Ermənistan, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərini ölkəmizdə idilər. Platformanın (“3+3” Cənubi Qafqaz üzrə Əməkdaşlıq Platforması-red.) vacib bir ehtiyacı qarşıladığını müşahidə edirik.

Demokratikmusavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Qarabağın 30 illik işğalının başa çatması ilə Cənubi Qafqazda davamlı sülh üçün unikal imkan yaranıb. Biz can Azərbaycan və Ermənistanın bu istiqamətdə apardıqları səmimi işləri diqqətlə izləyirik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, - Türkiyə Prezidenti qeyd edib.

0.21163988113403