Onlar uğurlarımızdan isterik vəziyyətdədirlər - Komitə sədri

 

"Fransalı siyasilərin imkan düşən kimi bütün tribunalardan Azərbaycana qarşı absurd, həqiqətdən  yalan informasiyalar uyayaraq ölkəmiz barədə mənfi rəy formalaşdırmaq cəhdi  artıq bir ənənə halını alıb. Son illərdə isə belə hallar daha da çoxalıb və biz belə hadisələrin davamlı olaraq  şahidi olmaqdayıq".

Bunu Demokratikmusavat.com -a açıqlamasında Milli Məclisin  gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Deputatın sözlərinə görə, oktyabrın 23-də Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsində ölkənin xarici işlər naziri Jean-Noel Barrotun dinləməsi əsas  məqsədi  XİN-in 2025-ci il büdcəsini və beynəlxalq vəziyyəti müzakirə etmək olsa da fransızlar "ənənlərinə" sadiq qalaraq yenə də Azərbaycanı hədəf seçərək ölkəmiz haqqında cəfəng fikirlər səsləndəndiriblər. "Fransız siyasilərin ölkəmiz haqqında bu cür  absurd fikirlər səsləndirməsi artıq  bizi təəccübləndirmir. Çünki Fransanın Azərbaycana qarşı belə bir  düşmənçilik münasibətinin bəsləməsinin kökündə ən böyük amil ölkəmizin müstəqil, milli maraqlarımıza uyğun siyasət yürütməsidir.  Cənab Prezident İlham Əliyevin liderliyi altında  Azərbaycanın davamlı olaraq qələbələrə və uğurlara imza atması  Fransa  tərəfindən həzm edilə bilmədiyindən Makron hakimiyyəti tərəfindən ölkəmizə qarşı açıq-aşkar  düşmənçilik siyasəti həyata keçirməkdədir", - deputat qeyd edib.

Komitə sədri əlavə edib ki,   Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsinə görə Ermənistandan daha çox Fransa narahat görsənir: "Hal-hazırda Ermənistanın "xaç atası" və "böyük bacı"  rolunu oynayan Fransanın fəaliyyəti bütövlükdə bölgə üçün ciddi təhlükələr yaradır. Amma Fransa dəqiq bilməlidir ki, düşünürəm dəqiq bilir də, onun pozuculuq fəaliyyəti nəticəsində bölgədə yaranacaq hər hansı gərginlikdən bu coğrafiyanın ən zəif dövləti olan Ermənistan əziyyət çəkəcək.

O ki qaldı Azərbaycanın Fransanın daxili işlərinə qarışması məsələsinə, Fransadan fərqli olaraq Azərbaycan beynəlxalq hüquqa hörmət edir və heç bir ölkənin daxili işlərinə qarışmır. Amma Azərbaycan həm də güclü dövlətdir və dünyada hüquqları pozulmuş xalqları müdafiə edir. Məhz buna görə də hələ də kolonial siyasət yürüdən Fransa ciddi narahatdır. Onlar Azərbaycanın gücünü, müstəqil siyasət apardığını yaxşı bilirlər. Bu səbəbdən bu cür isterik fikirlər səsləndirirlər.
Biz, əslində COP29 ərəfəsində Azərbaycana qarşı təzyiq cəhdlərinin olacağını gözləyirdik. Hal-hazırda bu işin öndə gedən qüvvələrindən birinin Fransa və dəstəklədiyi şəbəkənin olması hər kəsə məlumdur. Buna baxmayaraq, COP29-a hazırlıq işləri artıq yekunlaşmaq üzrədir və biz bu tədbiri yüksək səviyyədə təşkil edəcəyik. Fransanın və fransakimilərin bütün pozucu fəaliyyətlərinə baxmayaraq, düşünürəm ki, dünya üçün böyük əhəmiyyətə sahib olan COP29 planetimiz üçün tarixə düşəcək".

Mürtəza
Demokratikmusavat.com

0.2207498550415