Gürcüstan prezidenti ölkədə keçirilən parlament seçkilərini tanımadığını bildirib.
Demokratikmusavat.com TASS-a istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərində total saxtakarlıq olduğunu bildirib.
“Bu seçkiləri tanımaq olmaz. Çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, saxtakarlıq, səslərinizin tamamilə oğurlanması idi.
Bunu qəbul etməyəcəm, heç kim Gürcüstanın gələcəyini əlindən ala bilməz”, – Gürcüstan prezidenti deyib.
Zurabişvili bazar ertəsi Tiflisdə parlament binası qarşısında əhalini etiraz aksiyasına çağırıb.