Yüksək vəzifəli məmurun saxlanılma anı - VİDEO

 

Dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinən Rusiya Federasiyasının energetika nazirinin müavini Anatoli Yanovskinin saxlanılmasının görüntüləri yayılıb.

Demokratikmusavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hüquq-mühafizə orqanları həmçinin energetika naziri Sergey Moçalnikovu saxlayıblar.

Qeyd olunur ki, hər iki məmur kömür sənayesində dələduzluq işi ilə bağlı saxlanılıb. Bildirilir ki, iş üzrə birbaşa zərər 500 milyon rus rublu (8,8 milyon manatdan çox), dolayı zərər 12 milyard rubl (212 milyon manatdan çox) təşkil edir.

0.18492603302002