Litva sakinlərinə TƏKLİF: tualetdən su için

 

Müdafiə Nazirliyinin verdiyi tövsiyələrə əsasən, Litva sakinlərinə müharibə zamanı tualetdən su içmək tövsiyə olunub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Sputnik Litva" məlumat yayıb.

Qeyd olunub ki, bu və digər tövsiyələr “Böhran və ya müharibə olarsa: necə hərəkət etməli?” dərsliyində toplanıb. Sənəd cəmi 20 səhifədən ibarətdir və fövqəladə hallarda məsləhətləri ehtiva edir.

Litva Müdafiə Nazirliyinin mütəxəssisləri tualet sisternindəki su durğunlaşmamışsa, ona laqeyd yanaşmamağa çağırır.

Digər məsləhətlərə üç gün ərzində qida ehtiyatlarının qablaşdırılması və su anbarlarından su istifadə edə bilmək üçün filtr və ya su təmizləyici tabletlərin olması daxildir.

Litva Müdafiə Nazirliyi həmvətənlərini “istənilən vəziyyətdə” sakit olmağa çağırır.(Publika.az)

0.19036984443665